Modern.az

Türkiyədə mədən qəzasında təqsirli bilinən şəxs tutulub

Türkiyədə mədən qəzasında təqsirli bilinən şəxs tutulub

Təhsil

9 Noyabr 2014, 13:37

Türkiyənin Karaman əyalətinin Ermenek şəhərində baş verən mədən qəzasında təqsirli bilinən mədən sahibi Saffet Uyar bu gün təslim olub.

Modern.az  türk KİV-nə istinadən bildirir ki, günlərdir axtarılan mədən sahibinin vəkili onun bu gün Ali Məhkəməyə təslim olacağını açıqlayıb.

Təqsirləndirlən şəxsin  vəkili qeyd edib ki, S. Uyarın vəkalətnaməsi artıq Ali  Məhkəməyə təslim edilib.

Onun sözlərinə görə, Uyarın bu günə qədər təslim olmamasına səbəb mədəndəkin qəzadan sonra ürəyində yaranan narahatlıq olub. Hazırda özünü yaxşı hiss edən mədən sahibi məhkəməyə çıxarılacaq.

Xatırladaq ki,   hadisə oktyabr ayının 28-də baş verib. Mədəndə su borusunun partlaması nəticəsində  işçilər uçan kömür şaxtasının altında qalıblar. Aparılan xilasetmə işləri nəticəsində 18 işçidən 2 nəfərinin cəsədi tapılıb.

Məltəm Talıbzadə

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı