Modern.az

İsraildə dövlətə qarşı çıxanların vətandaşlığı ləğv ediləcək

İsraildə dövlətə qarşı çıxanların vətandaşlığı ləğv ediləcək

Təhsil

9 Noyabr 2014, 14:15

İsraildə dövlətə qarşı çıxanların vətandaşlığı ləğv ediləcək.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, İsrail Baş naziri Benyamin Netanyahu mətbuata verdiyi açıqlamasında İsrail dövlətini yıxmaq  istiqamətində təxribat törədənlərin  vətəndaşlıqlarının  ləğv edilməsi  ilə bağlı  lazımı təlimatlar veriləcəyini bildirib.

Netanyahu şərhində İsrailin  hüquqi  dövləti olduğunu bildirərək,  ölkə üçün qarışıqlıq və nümayişlərin törədilməsinə  icazə verməyəcəklərini vurğulayıb.

"Daş atanlara, yolları bağlayanlara  və İsrail dövlətini yıxıb Fələstin Dövlətini quramaq  istəyənlər qarşı ciddi tədbirlər görüləcək. Ölkəmizin Daxili İşlər Nazirinə   İsrail Dövlətini yıxmağq cəhdləri olan şəxslərin   vətəndaşlıqların  ləğv edilməsi  ilə təlimatını vermişəm”.

Qeyd edək ki, 8,5 milyon əhalisi olan İsrailin  təxminən 2 milyonu əslən fələstinli olub  İsrail vətəndaşları  təşkil edir.

Məltəm Talıbzadə

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı