Modern.az

Goranboyda qaçqınlara düşmənçilik və ayrıseçkilik

Goranboyda qaçqınlara düşmənçilik və ayrıseçkilik

Təhsil

9 Noyabr 2014, 22:25

Prezidentə və Azərbaycanın Birinci Xanımına müraciət olunacaq

Qış qapını alsa da Goranboy rayonunun Qaraçinar, Yenikənd və bu ərtafdakı bir neçə kənd sakinləri dövlət məmurlarının heç yadına da düşmür.
Bu, həmin kəndlərdə yaşayan məcburi köçkünlərin redaksiyamıza ünvanladıqları məktubda qeyd edilir.

Adlarını çəkdiklərimiz kəndlərdə əsasən qaçqınlar və məcburi köçkünlər yaşayırlar.

Üç ildən artıqdır ki, bu kəndlərə qaz xətti çəkildsə də, insanlar ancaq həsədlə bu borulara baxırlar.
Halbuki mavi qaz bu kəndlə bitişik olan Şəfəq kəndində insanların ixtiyarına verilib.
Gorarnboyun Ağcakənd qəsəbəsinə gedən mavi yanacaq xətti Qaraçinar kəndindən keçir. Hətta bu kəndlərdə bütün evlərə qaz boruları çəkilib.
Buna baxmayaraq neçə ildir ki, insanlar cəmi bir metirlikdə olan bu xəttdən istifadə etmək imkanından məhrum ediliblər.
Qaçqın və məcburi köçkünləri narahat edən məsələ bu mərhumiyyət deyil. Onlara bəslənən ögey münasibət, ayrıseçkilikdir. Onlar bu münasibəti əlaqədar qurumların qaçqın və məcburi köçkünlərə düşmənçilik etməsi kimi dəyərləndiriblər.
Qaraçinar kəndinin coğrafi mövqeyinə diqqət edin. Bu kənd Goranbor rayonunun Şəfəq kəndi ilə Ağcakənd qəsəbəsinin arasında yerləşir.
Həm Şəfəq kəndində, həm də Ağcakənd qəsəbəsində sakinlərə mavi yanacaq verilir. Hətta Ağcakəndə gedən qaz xətti Qaraçinar kəndindən içindən keçir. Ancaq nədənsə qaçqın və məcburi köçkünlər yada düşmür.
Modern.az saytına müraciət edən qaçqın və məcburi köçkünlər bildirirlər ki, məsələ ilə bağlı müraciət etmədikləri müvafiq instansiya qalmayıb. Düz 3 ildir ki, eyni cavabı alırlar: Darıxmayın, düzələcək.

Məsələ ondadır ki, bu kəndlər dağlıq ərazidə yerləşdiyi üçün qış bu yaşayış məntəqələrində çox sərt keçir. Ona görə də insanlar qışda qızınmaq üçün oduncaqdan istifadə etməli olurlar.
Demək qaçqın və məcburi köçkünlərə ögey münasibət göstərən dövlət qurumları həm də meşələrin qırılmasına şərait yaradırlar.
Modern.az məsələ ilə bağlı müxtəlif zamanlarda müfafiq dövlət strukturlarına müraciət edərək araşdırma aparıb, məsələnin səbəbini öyrənməyə çalışıb. Ancaq bu günə qədər hansısa qurum günahı öz üzərinə götürməyib.
Bütün bunlardan sonra belə qənaətə gəlmək olar ki, əlaqədar qurumlar adlarını çəkdiklərimiz yaşayış məntəqələdində məskunlaşan qaçqın və məcburi köçkünlərə ögey münasibət sərgiləyirlər. Və birmənalı şəkildə demək olar ki, ayrıseçkilk edirlər.
Modern.az saytına müraciət edən qaçqın və məcburi köçkünlər məsələnin həlli üçün ölkə Prezidentinə, Azərbaycanın Birinci Xanımına müraciət edəcəklərini bildiriblər.

Modern.az


Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı