Sankt-Peterburq kommunistləri Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullinanın və baş naziri Dmitri Medvedyev başda olmaqla hökumətin maliyyə-iqtisadi blokunun istefa verməsini tələb edirlər. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, kommunistlər bu məqsədlə Mərkəzi Bankın Sankt-Peterburqdakı şöbəsinin qarşısında bir sıra aksiya keçiriblər. Kommunistlərin sözlərinə görə, 10 ildən çoxdur neft çıxarılması siyasətinin ABŞ-ın qiymətli kağızı olan dollara çevrilməsi Rusiya rublunun zəifləməsi ilə nəticələnib və Nabiullinanın Mərkəzi Banka rəhbərliyi ilə vəziyyəti stabilləşdirmək mümkün olmayacaq: “Biz kommunistlər Nabiullinanın, hökumətin maliyyə-iqtisadi blokunun və Medvedyevin istefasına nail olacağıq”.
Modern.az