Türkiyənin Ordu bölgəsində tırdan (kamaz) gəlin avtomobili kimi istifadə edən bəy və ona yoldaşlıq edən 20 tır sürücüsünə polis tərəfindən yol cəzası kəsilib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tır sürücüsü bəy Atakan Karaaslan və gəlin Elif Palavar cütlükləri gəlin avtomobili olaraq tırdan istifadə etmək qərarına gəlib.
Rəngli zolaqlar və çiçəklərlə bəzədilən yük maşının sükanında əyləşən bəy dostlarının da sürdüyü 20 tırla toy karvan halında küçə və prospektləri gəzib. Toy salonuna gedən avtomobil karvanı ağır tonnajlı maşınların girişinin qadağan olunduğu Süleyman Fələk Prospektinə girməsi zamanı polislər tərəfindən saxlanılaraq sürücülərin sənədləri əllərindən alınıb.
Baş verənlərə baxmayaraq kefi pozulmayan cütlük onları müşahidə edən junalistlərə açıqlamasında “Tırı gəlin maşını etmək ən böyük xəyalımız idi, bunu reallaşdırdığımız üçün çox xoşbəxtik” deyiblər.
Gülşən RAUFQIZI