Modern.az

Ermənistan atəşkəs bölgəsini 2014-cü ilin avqustuna qaytarmaq istəyir

Ermənistan atəşkəs bölgəsini 2014-cü ilin avqustuna qaytarmaq istəyir

Təhsil

10 Noyabr 2014, 11:08

 

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 51 dəfə pozulub.

Modern.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Tərtər rayonunun Çiləbürt, Qızıl Oba, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Əbdülrəhmanlı, Aşağı Seyidəhmədli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 
Düşmən cavab atəşi ilə susdurulub.

Qeyd edək ki, son zamanlar Ermənistan mütəmadi olaraq atəşkəsi pozur, bununla da 2014-cü ilin iyulun sonu, avqustun əvvəllərində cəbhədə yaşananları yenidən bərpa etmək istəyir.


Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı