Modern.az

90 yaşını qeyd edən Dəmirəlin hədəfi: “100 yaş günümü görmək istərdim”

90 yaşını qeyd edən Dəmirəlin hədəfi: “100 yaş günümü görmək istərdim”

Təhsil

10 Noyabr 2014, 13:41


Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl  90 yaş gününü Ankara Swissotelde siyasətin fərqli kursunda iştirak edən dostlarının iştirak etdiyi bir yemək ilə qeyd edib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Dəmirəl 90-cı yaş günündə "dalya" ifadəsini istifadə edərək, 100-cü yaşını görmək istədiyini də hazırcavab bir dillə etiraf edib.

Dəmirəl, noyabrın 1-dəki ad gününü Ermenekdəki mədən faciəsi səbəbindən ləğv edib. 90-cı yaş günü noyabrın 8-də Ankara Swissotelde keçirilib. Dəmirəlin həyatını əks etdirən filmin ardından qısa bir çıxış edib və "Mən ayrılmamışam daha həyatdan. Daha çox ömrüm olsa bu ölkənin, bu millətin və insanlığın yaxşılığına istifadə edərəm. Əziz dostlar, əziz qonaqlar bu gözəl gündə sizinlə bərabər olmaq mənim üçün böyük xoşbəxtlikdir”- ,  deyib.

Dəmirəl 100 yaş mənasını verən budağa anlayışını vurğulayaraq, “Budağa deyirlər. Nə olduğunu bilən varmı”, - deyə soruşub. Zaldan "100 yaş" səsləri eşidiləndə Dəmirəl, “Hər şeyi mənə dedirtməyin, siz deyin”, -  deyib.

Dəmirəl, “90 ilin qiymətləndirməsini edəndə görürəm ki, bir çox şeyləri yaxşı etmişik. Bir çox şeyləri də yaxşı apara bilərdik. Amma məktəb gündəliyimizə baxanda sinifə aid kitabça var əlimizdə. Sinifi etibar bilərmi yoldaşlar”, - deyə qonaqlarından soruşub. Bu sualdan sonra  zalda alqış səsləri yüksəlib.

Dəmirəl, qısa çıxışını "Məndə söz çox. Amma bu gecə qısa danışaq”, - deyib.

Dəmirəlin ad günündə keçmiş nazirlər, Türkiyə Böyük Millət Məclisinin keçmiş sədrləri, sol və sağ yönümlü partiyaların tanınmış şəxsləri də iştirak ediblər. Mərasimdə ad günü tortu da kəsilib. Bayram gecəsində sənətkar Vildan Dəmir Dəmirelin sevdiyi mahnıları səsləndirib. Bunların arasında “Bir dəstə yasəmən”,  “İzmirin qovaqları”, “Həkimoğlu”, Yəmən Türküsüvə digər musiqilər olub. Bir qədəh qırmızı şərab içərək zama- zaman kədərlənən Dəmirəlin gecə boyu xoşbəxt olduğu görülüb.

Modern.az    

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı