Pekində təşkil olunan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq təşkilatının (ATES) sammitinin kuluarlarında Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Baraka Obama arasında qeyri-formal görüş olub.
Modern.az saytının Rusiya KİV-nə istinadən verdiyi məlumata görə prezidentlər sammit üçün birgə şəkil çəkdirməzdən əvvəl söhbət ediblər.
Lakin söhbətin təfərrüatların haqqında məlumat verilmir. Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib ki, hətta özü də qeyri-formal görüşdə edilən söhbət haqqında məlumata malik deyil.
Ukraynada Viktor Yanukoviçin hakimiyyətdən devrilməsindən sonra Rusiyanın Krımı işğal etməsi və bunun ardınca Ukraynanın şərq vilayətlərində separatizmi körükləməsi Vladimir Putinlə Barak Obama arasındakı münasibətləri əməlli başlı gərginləşdirib. Hər iki lider bundan sonra bir-birlərinə qarşı olan mövqelərini açıq müstəvidə nümayiş etdirməkdən belə çəkinməyiblər.
Aqşin Kərimov