Modern.az

Putinlə Obama yenidən görüşdü – FOTO

Putinlə Obama yenidən görüşdü – FOTO

Təhsil

11 Noyabr 2014, 10:53


Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Barak Obama Pekində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (ATES) sammitinin birinci işçi iclasından sonra da söhbət ediblər.

Modern.az saytının  verdiyi xəbərə görə bu barədə Rusiya KİV-i məlumat yayıb. Məlumata görə hər iki lider iclas zalında birgə şəkil çəkdirmə mərasimindən əvvəl söhbət ediblər.  

Görüşün qalan iştirakçıları Barak Obama və Vladimir Putini bir neçə dəqiqə gözləməli olub. “Onlar hərəkət  edə-edə söhbət ediblər. Prezidentlərin nə haqqında danışdığı isə bəlli deyil”,-deyə məlumatda bildirilir.  

Prezidentlərin sammit çərçivəsində bundan əvvəl də qeyri-formal görüşü olub.  

Aqşin Kərimov

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı