
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin deputatı Fərəc Quliyev 1990-cı illərin gərgin, qalmaqallı siyasi mənzərəsi ilə bağlı Modern.az saytına müsahibə verib.
Müsahibədə Fərəc Qulieyv bir çox maraqlı məqamlara toxunub, həm Əbülfəz Elçibəy, həm də Heydər Əliyevin prezident olaraq ona müxtəlif vəzifələr təklif etdiyini bildirib.
Müsahibədən seçmələr:
- Mənim rəhbərlik etdiyim əməliyyatda 25 döyüşçü ilə həmin hərbi hissəni ruslardan aldıq...
- Hesab edirdim ki, Heydər Əliyevin proseslərdə iştirakı Milli Azadlıq Hərəkatına güc gətirə bilər.
- Ayaz Mütəllibov AXC təmsilçilərinin ünvanına bu cür ittihamlar səsləndirməkdə haqlı deyil.
- Əbülfəz Elçibəy Rəhim Hüseynovdan vəzifəsində qalmağı xahiş etmişdi...
- Mənim yerimdə kim olsa deyər ki, AXC hakimiyyətində təmsil olunmamışam.
- Elçibəy Kələkidə olanda dövlətə daha çox xeyir verirdi.
- Mən Surət Hüseynovun ən güclü vaxtlarında sözümü demişəm.
- Elçibəyin öz sözləri mənə pis təsir etdi.
- Biz həmin vaxtı Zərdüşt Əlizadəyə də, Etibar Məmmədova da hakimiyyətdə yer verməliydik
- Mən bütün üsullarla mübarizə apardım ki, Elçibəy yenidən prezident olsun.
- Bəli, mən qanunsuz silahlı dəstə yaratmışdım.
- Əbülfəz Elçibəyin yerinə Heydər Əliyev də hakimiyyətdə olsaydı, həmin vəziyyət yaranacaqdı.
- Mən o zaman bu hadisədə məsuliyyət daşıyanları qınamışdım, Arif Hacılı isə onları müdafiə etmişdi.
- Heç yerdə deyilməyən bir məsələni qeyd edim...
- Həbsdən çıxandan sonra AXC-ni birləşdirmək üçün çox çalışdım, çünki bu, mənəvi haqq idi.
Müsahibə tezliklə Modern.az-a yerləşdiriləcək.
Aqşin Kərimov