Modern.az

ABŞ-dan İŞİD liderinin ölüm xəbəri ilə bağlı AÇIQLAMA: “Xəbərimiz yoxdur”

ABŞ-dan İŞİD liderinin ölüm xəbəri ilə bağlı AÇIQLAMA: “Xəbərimiz yoxdur”

Təhsil

11 Noyabr 2014, 11:41


Amerika Dövlət Departamnetinin sözçüsü Cen Psaki İraqın Mosul şəhəri yaxınlığında İŞİD lideri  Əbu Bəkr Əl Bağdadinin yaralanması yada öldürülməsi haqqında yayılan informasiyalara münasibət bildirib.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Dövlət Departamentinin rəsmisi bu haqda onlarda məlumat olmadığını söyləyib.

Cen Psaki jurnalistin “bu haqda məlumatınız varmı” sualına “yox” cavabı verməklə baş verənləri araşdırıldığını deyib.

“Yeni məlumat olduqca sizi xəbərdar edəcəyik. Bu cür şeyləri koalisiya qüvvələri ilə  dəyərləndiririk. Təyyarə noyabrın 7-də İŞİD liderlərinin Mosul ərazisində toplaşması üzərində dayansa da, orda 10 silahlı yük maşınından havaya atəş açıb. Ona görə də Bağdadinin həmin maşında olacağını istisna etmirik. O cümlədən, İŞİD terror qruplaşmasını hədəfdə saxlamağa çalışırıq, amma indi bu haqda daha geniş məlumatımız yoxdur”.

Qeyd edək ki, İŞİD-ə yaxın mənbələr Bağdadinin öldüyünü təsdiqləyib.  

Bağdadinin İŞİD-ə qarşı hava hücumları təşkil edilən zaman öldüyü bildirilir.  



Namidə Bingöl

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı