Modern.az

Ukraynanın keçmiş prezidentinin qızı Londonda imarətdə yaşayır – FOTO

Ukraynanın keçmiş prezidentinin qızı Londonda imarətdə yaşayır – FOTO

Təhsil

11 Noyabr 2014, 14:40


Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın qızı, “Antispid” təşkilatının rəhbəri Yelena Françukun Londonda yaşadığı imarət dünyanın ən bahalı 10 imarətindən biri seçilib.

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, beynəlxalq reytinq cədvəlində sabiq prezident qızının evi 10-cu yeri tutub. Londonun cənuq-qərbində yerləşən və XIX əsrdə qızlar üçün məktəb olan imarət 10 yataq otağı, yeraltı hovuz, kinoteatr və gizli bunkerdən ibarətdir.

Möhkəm sütunlar, qədim mebel və məşhur rəssamların rəsm əsərlərinin yer aldığı “Phillimore Gardens” imarətinin bazar qiyməti 128 milyon dollardır. Yelena Françuk 2008-ci ilin əvvəllərində yeni evi üçün 80 milyon funt sterlinq ödəməklə Britaniya əmlak bazarında tarixi rekorda imza atıb.

Yelena Pinçukun əri Viktor Pinçuk tanınmış dollar milyarderi və “İntertayp” korporasiyasının prezidentidir. Prezident qızının ilk əri İqor Françuk isə Ali Radanın deputatı və “Çernomornefteqaz” şirkətinin prezidenti olub. Yelena Pinçuk ilk nikahdan Roman, ikinci nikahdan isə Yekatirina və Veronika adlı 3 övlada sahibidr.    

Vüqar İsmayılov    

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı