Modern.az

Ukraynalılar borclarını ödəmək üçün orqanlarını satırlar

Ukraynalılar borclarını ödəmək üçün orqanlarını satırlar

Təhsil

11 Noyabr 2014, 15:11


Ukraynada ağır iqtisadi durumla bağlı banklara borclarını ödəyə bilməyən vətəndaşların öz orqanlarını satışa çıxarmaları kütləvi hal alıb.

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, potensial orqan satıcıları 19-45 yaşlarında sağlam insanlardır. Onların əksəriyyəti borcdan azad olmaq üçün öz böyrəklərini, qaraciyər və sümük iliklərinin bir hissəsini satmağa hazırdılar. Ölkənin pul vahidi qrivnanın dəyərini itirməsinə görə hazırda böyrəyin qiyməti 20 min dollardan 15 min dollara qədər azalıb. Ukraynalı jurnalistlər orqanlarını satışa çıxarması barədə elan verən şəxslərlə telefon əlaqəsi yaradıblar.

Böyrəyini satan 37 yaşlı Nikolay jurnalistlərlə söhbətində qiyməti 35 mindən 20 min dollara qədər azaltdığını və ailəsinin bundan xəbərsiz olduğnu deyib: “Mən ya ailəmi xilas etməliyəm, ya da sağlamlığımı. Lakin ailəm daha önəmlidir. 2 övladım var, həyat yoldaşım hələ də bilmir ki, mən orqanımı satıram”.

Qaraciyərinin bir hissəsini satışa çıxaran Olqa isə jurnalistlərə işdən qovulduğunu və bu vəziyyətdə evinin ipotekasını ödəməyə məcbur qaldığını deyib. Yeni Ukrayna hökuməti isə gələn ildən ukraynalıların Avropa Birliyi ilə vizasız gediş-gəlişin olacağını və bunun ölkə iqitsadiyyatına böyük yardım edəcəyini düşünür.    

Modern.az         

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı