Modern.az

Ermənistan hökumətindən ETİRAF: “Qarabağın tanınması danışıqlara ziyan verəcək”

Ermənistan hökumətindən ETİRAF: “Qarabağın tanınması danışıqlara ziyan verəcək”

Təhsil

11 Noyabr 2014, 16:50


Ermənistan parlamentində bu gün “İrs” Partiyasının fraksiyasının təqdim etdiyi “Dağlıq Qarabağ Respublikası” və Ermənistan arasında hərbi-siyasi konsepsiyanın əsasları barədə” qanun layihəsinin müzakirəsi davam edir.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, “İrs” Partiyasından olan deputat Zarui Postancyan Dağlıq Qarabağın müstəqilliyinin Ermənistan tərəfindən tanınmalı olduğunu deyib: “Dağlıq Qarabağın müstəqilliyini tanımağın vaxtı çaıtb”. Deputat qadın qeyd edib ki, rəsmi Yerevan hər dəfə Dağlıq Qarabağın beynəlxalq birlik tərəfindən tanınmasının önəmindən danışır. Onun fikrincə, Ermənistan beynəlxalq hüququn subyekti kimi Qarabağı ilk növbədə təhlükəsizlik baxımından tanımalıdır. Postancyan etiraf edib ki, bu fikrə onu avropalı və amerikalı diplomatlarla görüşlər sövq edib.

Erməni müxalifətinin parlamentdəki digər fraksiyası – Ermənistan Milli Konqresinin parlament rəhbəri Levon Zurabyan isə Qarabağın tanınmasının Ermənistan üçün çox tələsik ola biləcəyini bildirib:

“Belə olan halda sülh danışıqları pozulacaq və Ermənistan daha çox beynəlxalq təcridə məruz qalacaq”.

Onun fikrincə, Dağlıq Qarabağ yalnız iqtisadi baxımdan inkişaf edərsə, beynəlxalq birlik və Azərbaycan onunla hesablaşacaq. Hazırda Ermənistan parlamentində qanun layihəsinin müzakirəsi davam edir.  

Məsələ ilə bağlı Ermənistan parlamentinin sədr müavini Eduard Şarmazanov da  şərh verib. Ermənistan parlamentinin rəsmisi etiraf edib ki, rəsmi Yerevan Qarabağın “müstəqilliyini” tanısa, bu danışıqlar prosesinə mənfi təsir edəcək.  

Eduard Şarmazanov onu da deyib ki, beynəlxalq aləmin guya Dağlıq Qarabağın “müstəqilliyini tanımaqdan başqa alternativ yolu yoxdur.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı