İraqın Fəllucə şəhərində “İraq Şam İslam Dövləti” (İŞİD) yaraqlıları ilə qarşıdurmada öldürülən şiə məzhəbli milisin yoldaşları ailəsinə cənazə əvəzinə öldürdükləri 7 İŞİD terrorçusunun kəsilmiş başını göndəriblər. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, cənazənin göndərildiyi evdə tabutun içində kəsik başlarla qarşılaşan öldürülən çiə məzhəbli milisin ailə üzvləri matəm yerinə şadyanalıq ediblər.
Şiə milisin yoldaşlarından kapitan Haydar Metruş öldürülən şəxsin intiqamını aldıqlarını və ailəsini xoşbəxt etmək üçün belə bir şeyi seçdiklərini bildirib: “Ailəsi bilməlidir ki, Bəşirin qanı boşa axmayıb”. Modern.az