Modern.az

Əl Bağdadi müəmması: Yaralanan İŞİD lideri Suriyaya aparılıb?

Əl Bağdadi müəmması: Yaralanan İŞİD lideri Suriyaya aparılıb?

Təhsil

11 Noyabr 2014, 21:00


Terrorçu “İraq Şam İslam Dövləti”nin (İŞİD) lideri əl-Bağdadinin ölüb-ölmədiyinə dair hələ dəqiqləşən bir məlumat yoxdur. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Pentaqon Bağdadinin öldürülməsi ilə bağlı iddianı təsdiq etməyib. Twitter hesablarından paylaşılan mesajların isə etibarlı olmadığı ortaya çıxıb. Son olaraq İraq rəsmiləri Bağdadinin ağır yaralandığını, Suriyaya aparıldığını açıqlayıblar.

ABŞ-ın Xarici İşlər Nazirliyinin sözçüsü Cen Psaki son açıqlamasında deyib: “Koalisiya təyyarələri noyabrın 7-də İŞİD liderlərinin Mosul ətrafında toplanacağı məlumatını aldıqdan sonra orada 10 silahlı vasitədə olan konvoya hava hücumları təşkil edib. Bağdadinin o konvoyda olub-olmadığını təsdiq edə bilmərik. İŞİD terror təşkilatını hədəf almağı davam etdiririk, ancaq hələlik bu haqda daha çox məlumatımız yoxdur”.

Baş verən müəmmadan sonra maraqlı bir qiymətləndirmə “Daily Mail” qəzetindən gəlib. “Daily Mail”də yer alan xəbərə görə, İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadi hamını aldatmış ola bilər. Bağdadinin əsas məqsədi ABŞ-ı öldüyünə inandırmaqdır. Siyasət və dram məzmunlu məşhur televiziya serialı “Homeland”dan nümunə verən ingilis xəbər saytı Bağdadinin Homeland tərzi bir ölüm planlaşdırmış ola biləcəyini yazıb. İddiaya görə, Bağdadi öz ölümünü hazırlayıb və bütün dünyanı öldüyünə inandırıb. “Homeland” serialında “Əl-Qaidə” terror təşkilatının lideri Haissam Haqqaninin bir hava hücumu zamanı öldüyü zənn edilirdi.

İŞİD-in sözçüsü Əbu Məhəmməd əl-Adnani Twitter hesabından verdiyi açıqlamada, Bağdadinin yaralandığını bildirərkən məsələ ilə bağlı ətraflı məlumat açıqlamayıb. “Yoxsa xəlifənin ölməsi ilə xilafətə son qoyulacağını güman edirsiniz” ifadəsini işlədən Adnan Bağdadinin sağlıq durumunun yaxşı olduğunu qeyd edib.

Ancaq bu twitdən sonra İŞİD bəyanat verərək əl-Adnaninin Twitter hesabı olmadığını, mesajın əl-Bağdadinin yerini müəyyən etmək məqsədilə ABŞ tərəfindən təşkil edildiyini irəli sürüb.

Ən son iddia isə budur: İŞİD lideri sözügedən hücumda ağır yaralanıb və Suriyaya aparılıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı