Modern.az

Daxili işlər nazirinin yeni müavini: İnstitut və Akademiya məzunu - Tərcümeyi-hal

Daxili işlər nazirinin yeni müavini: İnstitut və Akademiya məzunu - Tərcümeyi-hal

Təhsil

11 Noyabr 2014, 23:30


Azərbayсan Respublikası daxili işlər nazirinin müavini, polis general-mayoru İsmaət Əliyevin tərcümeyi halı açıqlanıb.
Modern.az saytının Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, 1959-cu ildə Ermənistan Respublikası, Krasnoselsk rayonu, Əmirxeyir kəndində anadan olmuş İsmət Əliyev 1981-ci ildə fərqlənmə diplomu ilə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunu, 2010-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

İsmət Əliyev 1981-ci ildən daxili işlər orqanlarinda xidmət edir.

1981-2009-cu illərdə Daxili İşlər Nazirliyinin Dövlət Avtomobil Müfəttişliyi İdarəsinin Təşkilati-analitik bölməsinin dövlət avtomobil müfəttişi, baş dövlət avtomobil müfəttişi, bölmə rəisi, Təbliğat və təşviqat şöbəsinin rəis müavini, idarə rəisinin müavini, Dövlət yol polisi əməkdaşlarının hazırlanması üzrə Tədris Mərkəzinin rəisi, Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifələrində işləyib.
2009-cu ildən DİN-in Baş Kadrlar İdarəsinin rəisi vəzifəsinə irəli çəkilib.

İsmət Əliyev Azərbaycan prezidentinin 2014-cü il 31 oktyabr tarixli 805 nömrəli sərəncamı ilə daxili işlər nazirinin müavini təyin olunub.
Prezidentin 2010-cu il 1 iyul tarixli 987 nömrəli sərəncamı ilə ona polis general-mayoru ali xüsusi rütbəsi verilib.

Cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin Konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində səmərəli fəaliyyətinə görə prezidentin 2007-ci il 29 iyun tarixli 2280 nömrəli sərəncamı ilə “Vətən Uğrunda” medalı, 2014-cü il 1 iyul tarixli 598 nömrəli sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Ailəlidir. İki övladı var.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı