Modern.az

Erməni deputatın əmlakına həbs qoyuldu

Erməni deputatın əmlakına həbs qoyuldu

Təhsil

12 Noyabr 2014, 11:11

Ermənistan parlamentinin hakim Respublika Partiyasından olan üzvü Şirak Torosyanın əmlakına həbs qoyulub. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Yerevanın Nor Nork və Avan rayonlarının birinci instansiya məhkəməsinə müraciət edən “Set İnternational” kredit şirkəti  deputatdan və sahibkarlıqla məşğul olan Artak Torosyanla Armen Xaçikyandan təxminən 1000 ABŞ dolları məbləğində vəsaitin şirkətə verilməsini tələb edib. Məhkəmənin ilk iclası oktyabrın 10-da keçirilib və deputat Torosyan həmin məhkəmədə iştirak etməyib.

Məsələyə münasibət bildirən deputat isə deyib: “Qardaşım oğlu kredit götürdü, mən isə zamin durdum. Sonra onun ödənişlə bağlı müəyyən problemləri yarandı və mən kreditin bir hissəsini ödəməli oldum. Amma indi işin məhkəməlik olmasından xəbər tuturam”.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı