Modern.az

Fuad Muradov İtaliyada keçirilən beynəlxaq konfransda iştirak edəcək

Fuad Muradov İtaliyada keçirilən beynəlxaq konfransda iştirak edəcək

Təhsil

12 Noyabr 2014, 11:20


Azərbaycan Milli Məclisinin deputatı, Avronest PA-nın Enerji Təhlükəsizliyi Komitəsinin həmsədri Fuad Muradov 13-16 noyabr tarixində İtaliyada “Azərbaycan-Gürcüstan-Türkiyə üçbucağı Avropanın geosiyasət kontekstində” mövzusunda keçiriləcək beynəlxaq konfransa dəvət olunub.

Modern.az xəbər verir ki, Almaniyanın Konrad Adenaur Fondu tərəfindən təşkil olunan bu tədbirdə Avropa Parlamentinin vitse-spikeri Paulo Rangel, Avropa Komissiyasının Qonşuluq Siyasəti Direktorluğunun rəsmiləri, eləcə də Türkiyə və Gürcüstan, Azərbaycan parlamentlərinin təmsilçiləri iştirak edəcək.

Konfransda Bosfor boğazından Xəzər dənizinədək ərazidə  Avropa qonşuluq siyasəti nəzərdən keçiriləcək. Azərbaycan, Gürcüstan və Türkiyənin Avropa İttifaqı ilə yaxınlaşmasının perspektivlərinə dair fikir mübadiləsi aparılacaq.
Avronest PA-nın Enerji Təhlükəsizliyi Komitəsinin həmsədri Fuad Muradov toplantıda “Avrasiya şəbəkəsi və Avropa enerji təhlükəsizliyi regionda əməkdaşlıq kontekstində” mövzusunda məruzə edəcək.

Toplantı İtaliyanın Cadenabiya şəhərində keçirləcək.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı