Modern.az

Səhiyyə Nazirliyi Sumqayıtdakı körpə ölümünə aydınlıq gətirdi - AÇIQLAMA

Səhiyyə Nazirliyi Sumqayıtdakı körpə ölümünə aydınlıq gətirdi - AÇIQLAMA

Təhsil

12 Noyabr 2014, 11:33


“Sumqayıt 1 saylı doğum evində normal doğuş baş verib. Lakin doğuşdan dərhal sonra uşağın səhhətində dəyişiklik olub. Çox güman ki, uşaq ürək qüsuru ilə doğulub, çünki onda göyərmə halı müşahidə edilib”.

Bunu Modern.az-a açıqlamasında Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib. Onun sözlərinə görə, uşağın valideynləri yaxın qohum olub, həmçinin anada kəskin anemiya xəstəliyi var:

“Bütün müdaxilələrə baxmayaraq uşağı itiriblər”.

Anar Qədirli mətbuatda yazıldığı kimi, uşağın tibb bacısının əlindən düşərək ölməsi ilə bağlı iddiaya da aydınlıq gətirib: “Həkim uşağın gepaktik travma nəticəsində öldüyünü deyəndə qarşı tərəf bunu uşağın yerə düşərək travma alması kimi başa düşüb. Jurnalistlər də travma sözünə istinad edib belə yazıblar. Məsələ bundan ibarətdir. Mətbuatda yazılanlar isə cəfəngiyyatdır. Təəssüf ki, uşağın valideynləri ekspertizaya icazə verməyib. İcazə verilsəydi, aydınlaşdırmaq daha asan olardı”.

Mətbuatda Sumqayıtdakı 1 saylı doğum evində baş verən doğuşdan sonra tibb bacısının uşağı yuyarkən yerə saldığı və bunun nəticəsində öldüyü yazılıb.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı