Modern.az

Dövlət Komitəsinin mətbuatla əlaqələndiricisi işdən çıxdı

Dövlət Komitəsinin mətbuatla əlaqələndiricisi işdən çıxdı

Təhsil

12 Noyabr 2014, 12:23

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuatla əlaqələndirici vəzifəli şəxsi işdən çıxıb. Modern.az saytı xəbər verir ki, bu, komitənin şöbə müdiri, hər zaman jurnalistlərə həvəslə cavab verən Cahangir Qocayevdir

“Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq pensiya yaşına çatmasına görə işdən çıxıb. Ona görə də kütləvi informasiya vasitələri ilə işlərin aparılması və bu sahədə əlaqələndirmənin təmin edilməsi müvəqqəti olaraq Komtənin Aparatının rəhbəri Elmar Hüseynzadə tərəfindən həyata keçiriləcək”-deyə qurumdan Modern.az-a bildirlib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...