Modern.az

Novruz Məmmədov İlham Əliyevin Macarıstan səfərini şərh etdi

Novruz Məmmədov İlham Əliyevin Macarıstan səfərini şərh etdi

Təhsil

12 Noyabr 2014, 14:10

 

“Azərbaycan Prezidenti ilə Macarıstan Baş naziri arasında mövcud olan şəxsi dostluq münasibətləri bu səfər zamanı daha da möhkəmləndi”. 

Modern.az saytının verdiyi xəbərə görə  bunu Prezident Administrasiyası (PA) rəhbərinin müavini, qurumun Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün tvitter hesabında yazıb.   PA rəsmisi bildirib ki, artıq Azərbaycanla 10-a yaxın Avropa ölkəsi arasında Strateji Tərəfdaşlıq haqqında bəyannamə qəbul edilib, imzalanıb.   “Azərbaycan Prezidentinin Macarıstana səfəri zamanı da Strateji Tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Azərbaycan Prezidenti ilə Macarıstan Baş naziri arasında mövcud olan şəxsi dostluq münasibətləri bu səfər zamanı daha da möhkəmləndi.  

Prezidentlə Baş naziri yaxınlaşdıran faktorlardan biri də hər 2 liderin ölkələrinin suverenliyinin qorunmasını əsas vəzifə hesab etmələridir. Bir daha əmin oldum ki, Macarıstan Parlamentinin binası dünyanın ən gözəl və möhtəşəm sarayıdır”-deyə Novruz Məmmədov qeyd edib.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı