Ermənistan parlamentinin spikeri, hakim Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Qalust Saakyan Dağlıq Qarabağ münaqişəsini həll etmədən hakimiyyətdən getməyəcəklərini bildirib. Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Saakyan jurnalistlərə açıqlamasında deyib: “Dağlıq Qarabağın müstəqilliyinin beynəlxalq aləm tərəfindən tanınmasını həll etməmiş biz hakimiyyətdən gedən deyilik”.
Jurnalistlərdən birinin “məhz bu səbəbdən Qarabağ münaqişəsinin həlli uzanır” sualına cavab olaraq isə Qalust Saakyan münaqişənin həllinin yubanmasına görə Azərbaycanı qınayıb.
Modern.az