Modern.az

Yaxın 2-3 gün ərzində mülayim hava şəraiti davam edəcək

Yaxın 2-3 gün ərzində mülayim hava şəraiti davam edəcək

Təhsil

12 Noyabr 2014, 15:28

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında noyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 6-10, gündüz 14-18 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət gecə və axşam 85-95, gündüz 60-70 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında noyabrın 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Lənkəran-Astara zonasında isə yağış yağacağı ehtimal olunur. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 13-18, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir. Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında nisbətən yüksək atmosfer təzyiqi fonunda temperatur rejiminin norma daxilində tərəddüdü, əsasən mülayim cənub küləyinin üstünlülüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı