Modern.az

Ermənistan vertolyotu Azərbaycan ərazisində vuruldu

Ermənistan vertolyotu Azərbaycan ərazisində vuruldu

Təhsil

12 Noyabr 2014, 16:01

Ermənistan ordusunun hərbi helikopteri Azərbaycanın hava sərhədini pozduğu üçün Azərbaycan Silahlı Qüvvələri (SQ) tərəfindən vurulub.

Hüquq-mühafizə orqanlarından Trend-ə bildiriblər ki, bir neçə dəqiqə bundan əvvəl Azərbaycan Silahlı Qüvvələrinin hərbi texnikası tərəfindən Azərbaycanın hava sərhədini pozan Ermənistan SQ-yə məxsus helikopter vurulub.

Əraziyə Azərbaycan Silahlı Qüvvələrinin texnikası və şəxsi heyəti cəlb olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə faktı təsdiqləyiblər və bildiriblər ki, bununla bağlı rəsmi açıqlama veriləcək.


Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı