Modern.az

Yerevan Bakını hədələdi: “Bunun nəticələri çox ağır olacaq”

Yerevan Bakını hədələdi: “Bunun nəticələri çox ağır olacaq”

Təhsil

12 Noyabr 2014, 17:54


Bu gün Azərbaycan-Ermənistan təmas xəttində Ermənistana məxsus hərbi vertolyotun vurulmasından sonra rəsmi Yerevan Bakının ünvanına hədələyici mesaj verib. Modern.az saytı Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, düşmən ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsun Ovanissyan deyib: “Bu presendetsiz bir gərginlik səbəbidir və vertolyotumuzun məhv edilməsinin nəticələri rəsmi Bakı üçün çox ağır olacaq”. 

Ovanissyan “Mİ-24” vertolyotunun silahsız olduğunu və keçiriləcək ekspertizanın bunu sübut edəcəyini bildirib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz