Modern.az

İŞİD dünyanın ən bahalı terror qruplaşmasıdır

İŞİD dünyanın ən bahalı terror qruplaşmasıdır

Təhsil

12 Noyabr 2014, 20:11

İsrail “Forbes”inin versiyasına görə, “İraq Şam İslam Dövləti” (İŞİD) dünyanın terror ən varlı qruplaşmaları siyahısına başçılıq edir. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qruplaşmanın illik gəliri 2 milyard dollardır. İslamçı qruplaşma əsas gəlirini İraq və Suriya ərazilərində nəzarət etdikləri yataqlardan əldə etdikləri neftin “qara bazar”da satılmasından əldə edir. Bundan əlavə, İŞİD ələ keçirdiyi arxeoliji abidələri Qərbdəki gizli hərraclarda vasitəçilərinin dəstəyi ilə satır.

Siyahıda ikinci yerdə Fələstinin Qəzza zolağında fəaliyyət göstərən HAMAS (1 milyard dollar) hərəkatıdır. Ən təchiz olunan ekstremist təşkilatların onluğunda Livanın “Hizbullah”, Əfqanıstanın “Taliban”, “əl-Qaidə” beynəlxalq şəbəkəsi, Keniyanın “Əş-Şabab”ı və Nigeriyanın “Boko Haram” da yer alıblar.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı