Modern.az

İsrail səfiri Gənclər üçün Təhsil Mərkəzində - FOTO

İsrail səfiri Gənclər üçün Təhsil Mərkəzində - FOTO

Təhsil

12 Noyabr 2014, 18:15

İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional Ofisində qonaq olub. 

Mərkəzdə Modern.az-a verilən məlumata görə, ofisin rəhbəri Tural Kərimov qonağı Mərkəzin yerləşdiyi məkanla və işçi heyətlə yaxından tanış edib. Bildirilib ki, Azərbaycanla İsrail arasında əlaqələrin tarixi köklərə malikdir və bu münasibətlər hazırda da uğurla davam etdirilir. Bu gün nəinki dövlət səviyyəsində, eləcə də gənclər təşkilatları səviyyəsində əməkdaşlıq imkanları genişləndirilir. 

Səfər zamanı Azərbaycanla İsrail arasında mövcud münasibətlərin və qarşılıqlı əməkdaşlığın qorunub saxlanmasının və inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb. 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı