Modern.az

Belarusda prezident seçkilərinin vaxtı açıqlandı

Belarusda prezident seçkilərinin vaxtı açıqlandı

Təhsil

12 Noyabr 2014, 23:12

Belarusda növbəti prezident seçkisi ilkin məlumata görə, 2015-ci il noyabrın 15-də keçiriləcək. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda Belarus Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina məlumat verib. Onun sözlərinə görə, səsvermə siyahısında adı olan seçicilərin ən azı 50 faizi səsvermədə iştirak edərsə, seçki baş tutmuş sayılacaq. İndiki dövlət başçısı Aleksandr Lukaşenko beşinci dəfə prezident seçilmək niyyətində olduğunu açıqlayıb. O 1994-cü ildən Belarusa rəhbərlik edir.

Modern.az 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!