Bu gün Azərbaycan Yazıçılar Birliyininin Natəvan klubunda qocaman jurnalist Azərbaycan radiosunun sadiq əməkdaşlarından olan Telman Qarayevin həm 80 illik yubileyi, həm də “Sənətin keçdiyi yollar” kitabının təqdimat mərasimi keçirilib. Tədbiri Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid açıq elan etdikdən sonra bir çox ədəbiyyat və sənət adamları çıxış ediblər. Onlarla bərabər media nümayəndələri də qocaman həmkarlarını tək buraxmayıblar.
Xalq artisti, professor Ramiz Quliyevin yubilyarla bağlı danışdığı xatirələr tədbirə əlavə rəng qatıb. Bu uzun müddətdir ki, gözündən əziyyət çəkən radiojurnalist üçün əsil hədiyyə olub. Modern.az-ın əməkdaşının da iştirak etdiyi mərasimdə bir detal xüsusi olaraq qeyd edilib. Belə ki, bu gün Telman Qarayevin mənzilində olan nadir səs yazıları, nüfuzlu insanlardan alınan müsahibələr bu gün heç qızıl fondda da olmadığı söylənilib.
