Modern.az

Hikmət Hacızadə Müsavat Partiyasındakı fəaliyyətini dondurub

Hikmət Hacızadə Müsavat Partiyasındakı fəaliyyətini dondurub

Təhsil

13 Noyabr 2014, 10:08

Müsavat Partiyasının tanınmış üzvlərindən biri, politoloq Hikmət Hacızadə bu siyasi təşkilatda fəaliyyətini dondurduğunu bəyan edib.
Modern.az-ın məlumatına görə, o, bu barədə Facebook-da yazıb.

“Saat təxminən 21:30-də belə bir xəbər aldim ki, Kamil Xəlilbəylini (Qubad bəyin tərəfdarı) MNTK-mız partiyadan xaric edib. Səbəb belə göstərilib - "partiyanin siyasi-ideoloji xəttinə xəyanət". Konkret isə onun bir musavatçı xanımla (Arif bəyin tərəfdarı) bir şəxsi - məxfi yazışmada söyüşməsi səbəb olub... 
MNTK bunu siyasi-idealoji xəyanət kimi qələmə verib. MNTK-nın bu düşünülməmiş qərarına mən qəti etirazımı bildirirəm. Dünya praktikasında məlum olmayan şəxsi yazışmada olan sözlərə qörə cəza uca Müsavat Partiyasında tədbiq olundu. Ar olsun!!!
Xatırlayıram ki, hər bir təhqir və ya böhtan Azərbaycan Respubliaksı və dünya qanunvericiliyində ancaq publik (ictimayi diskussiyada) deyilmiş sözlərə görə tətbiq olunur. Şəxsi yazışma isə ümümən aşkarlığa çixarılmamalıdır. Və beləliklə bu qərar tamamən qanunsuz və Müsavata xələl qətirən bır qərardır.
Bundan başqa, qulağıma çatıb ki, bu qərar böyük planın bir hissəsidir. Yani "narazılarin bir 10-15-ni partiyadan çıxaraq, onda başqaları sakitləşəcak". Ar osun belə planı düşünənlərə. Mən belə plana qəti etiraz edirəm. Məhəbbət Murad və Kamil Xəlilbəylidən sonra üçüncü belə "narazı" özümü hesab edirəm, və qərarınıza qarşı etiraz edirəm.
Bu planı düşünənlərə demək istəyirəm ki, bu plan dayandırılmasa və bu planla partiyadan xaric edilənlərin işınə yenidən baxılmasa, onda məni də bu plana salsınlar və partiyadan xaric etsinlər. Bu masələ qanun və insan haqları çərçıvəsində həll olunmayana qədər, partiyada fəaliyyətimi dondururam və partiya rəhbərliyindən insan hüquqlarının təmin olunmasını tələb edirəm. Dərin hörmətlə - Hikmət Hacızadə".

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı