Modern.az

Məhv edilən erməni vertolyotunun komandiri kimdir?

Məhv edilən erməni vertolyotunun komandiri kimdir?

Təhsil

13 Noyabr 2014, 11:12


Ötən gün Azərbaycan Silahlı Qüvvələrinin cəbhənin Ağdam istiqamətində məhv etdikləri erməni vertolyotunun 3 nəfərlik ekipajının komandiri ilə bağlı bəzi faktlar üzə çıxıb. Modern.az saytı xəbər verir ki, erməni sosial şəbəkələrinin birində Mİ-24 hərbi vertolyotunun komandiri mayor Sergey Saakyan barədə informasiya yer alıb. İnformasiyaya görə, Saakyan 1976-cı il avqustun 9-da Yerevan şəhərində anadan olub. 1983-1993-cü illərdə isə Yerevanın Andrey Saxarov adına 69 nömrəli orta məktəbində təhsil alıb. Daha sonra Armenak Xanferyanç adına Aviasiya İnstitutunda 3 il pilot təhsili alıb. Sergey Saakyan 1996-cı ildən Ermənistan ordusunun hərbi qulluqçusu olub.

Məlumatdan aydın olur ki, Ermənistan tərəfinin “Dağlıq Qarabağa” məxsus olduğunu iddia etdiyi hərbi vertolyot əslində Ermənistan Silahlı Qüvvələrinə məxsus olub və heyətin komandiri Ermənistan ordusunun hərbi qulluqçusudur.

Vüqar İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı