
“Hikmət Hacızadənin Müsavatdan getməsinə çox pərt oldum”. Bunu Modern.az-a açıqlamasında hüquq müdafiəçisi, Müsavat Partiyasının üzvü Novella Cəfəroğlu deyib.
Hüquq müdafiəçisi bu xəbərdən sarsıldığını da qeyd edib: “Hikmət Hacızadə çox dəyərli və böyük insandır. Onun Müsavat Partiyasından getməsi məni çox sarsıtdı. Məsələnin nə yerdə olduğunu bilmirəm. Hikmət Hacızadənin hansı səbəbdən partiyadan getməsi haqqında bilgiyə malik deyiləm. Çünki işin içində deyiləm. Hikmət Hacızadənin Müsavat Partiyasından getməsi xəbərini deməklə məni çox sarsıtdınız. Bağışlayın, başqa heç nə deyə bilmərəm”.
Xatırladaq ki, Müsavat Partiyasının tanınmış üzvlərindən biri, politoloq Hikmət Hacızadə siyasi təşkilatda fəaliyyətini dondurduğunu və partiyadan ayrıldığını facebook səhifəsində yazıb.
Namidə BİNGÖL