
“Əl-Qaidə” terror təşkilatının lideri, vaxtı ilə dünyanın ən çox axtarılan terorçusu Üsəma Bin Ladeni məhv edən keçmiş Amerika xüsusi təyinatlısı Robert O`Nil terroçunun məhv edilməsi ilə bağlı maraqlı fikirlər səsləndirib. Modern.az xəbər verir ki, ABŞ-ın “Fox News” telekanalına müsahibəsi zamanı O`Nil Bin Ladeni öldürməzdən öncə onun öz həyat yoldaşının arxasında gizləndiyini bildirib: “O, mənim qarşımda dayanmışdı və əllərini xanımının çiyinlərində saxlayırdı. Həmin sifəti mən televizorda min dəfə görmüşdüm”.
Keçmiş xüsusi təyinatlı Bin Ladenin sifətinə 3 dəfə atəş açdığını və atəş açmazdan öncə ona heç nə demədiyini bildirib.
Bin Laden 2011-ci ilin mayında Pakistanın Abbasabad şəhərində keçirilən gizli əməliyyat zamanı məhv edilib. Onun cəsədi dənizə atılıb. Terrorçunu məhv edən Robert O`Nil ABŞ Hərbi Dəniz Qüvvələrinin “dəniz pişikləri” adlanan xüsusi əməliyyat qrupunun üzvü olub. 16 illik xidmətdən sonra vaxtından əvvəl ordudan təxris edildiyi və sosial imtiyazlardan məhrum olduğu üçün Robert O`Nil öz şəxsiyyətini açıqlamaq qərarına gəlib.
Modern.az