Modern.az saytı xəbər verir ki, erməni mətbuatı Azərbaycan Ordusu tərəfindən dünən məhv edilən Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi vertolyotun ekipajında olan pilotların hər 3-nün adını açıqlayıb. Məlumata görə ekipaj komandiri 38 yaşlı mayor Sergey Saakyan İrəvandan olub və 1993-cü ildən Ermənistan Silahlı Qüvvələrində qulluğa başlayıb.
Digər hərbi qulluqçu 25 yaşlı baş leytnant Sarkis Nazaryan da İrəvandan olub və 2006-cı ildən Ermənistan Silahlı Qüvvələrində qulluğa başlayıb.
24 yaşlı Azad Saakyan isə Ermənistanın Çarentsavan şəhərindən olub və 2009-cu ildən Ermənistan Silahlı Qüvvələrində qulluğa başlayıb.
Beləliklə, bu məlumatla erməni tərəfi yenidən özünü ifşa edib. Çünki Ermənistan tərəfi bundan öncə iddia edirdi ki, vurulan hərbi vertolyot guya, separatçı “Dağlıq Qarabağ Respublikası”na məxsusdur. Amma hər 3 pilotun Ermənistan Silahlı Qüvvələrinin hərbçisi olması barədə məlumatın açıqlanması əslində helikopterin Ermənistan Ordusunun olduğunu bir daha təsdiqləyir.
Şahin Qocayev