Modern.az

ABŞ polisi 461 nəfəri güllələyib

ABŞ polisi 461 nəfəri güllələyib

Təhsil

13 Noyabr 2014, 15:01


Amerika polislərinin güllələdiyi adamların sayı son 20 ildə rekord həddə çatıb.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda Federal Təhqiqat Bürosunun (FTB) illik hesabatında məlumat verilir. Mənbə qeyd edir ki, polislərin öldürücü atəş açdığı vətəndaşların sayı üç ildir artıq. 2013-cü ildə hüquq-mühafizə orqanlarının qurbanı 461 nəfər olub.

Məlumata görə, polis əməkdaşlarının ciddi rezonansa səbəb olan axırıncı hadisə avqustun 9-da qeydə alınıb.

Missuri ştatının Ferqyuson şəhərində polis əməkdaşları 18 yaşlı qaradərili Maykl Braunu güllələyiblər. Bu insident ölkənin qara dərili əhalisinin kütləvi etirazına səbəb olub, onlar polisi qaradərili əhaliyə nifrət etməkdə qınayıblar.


Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı