Modern.az

Rusiyadan vurulan helikopterlə bağlı AÇIQLAMA: “Regionda gərginliyə aparır”

Rusiyadan vurulan helikopterlə bağlı AÇIQLAMA: “Regionda gərginliyə aparır”

Təhsil

13 Noyabr 2014, 21:30

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri  olan Rusiya ötən gün cəbhə xəttində Azərbaycan tərəfinin Ermənistan ordusuna məxsus helikopteri vurmasına münasibət bildirib.

Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç  baş vermiş hadisəni şərh edib.

O bildirib ki, Azərbaycan və Ermənistan sülhlə bağlı üzərlərinə götürdüyü məsuliyyətə əməl etməlidir: “Münaqişənin həlli üzrə sülh öhdəliklərinin icrası haqqında Azərbaycan və Ermənistan rəhbərliyinə xatırladırıq ki, onlar Soçidə və Parisdə bunu öz üzərlərinə götürdülər.

Bu cür addımlardan çəkinmək lazımdır. Bu regionda gərginliyin eskalasiyasına aparır”,-deyə Rusiya XİN rəsmisi qeyd edib.  

Noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan Respublikasının Hərbi Hava Qüvvələrinə məxsus döyüş cütlüyündən ibarət Mi-24 tipli helikopterləri müdafiənin ön xəttində yerləşən mövqelərimizə hücum edərək atəşə tutublar. Azərbaycan ordusu isə döyüş cütlüyündən ibarət helikopterlərindən birini vurub,  digəri isə atəş zonasını tərk etməyə məcbur olub.    

Vurulan helikopterdə Ermənistan ordusuna məxsus 3 nəfər hərbçi  ölüb.  

Aqşin Kərimov


Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı