Modern.az

İŞİD lideri ölməyib? – Bağdadinin adından MÜRACİƏT: “Uğursuzluğa düçar oldular”

İŞİD lideri ölməyib? – Bağdadinin adından MÜRACİƏT: “Uğursuzluğa düçar oldular”

Təhsil

13 Noyabr 2014, 23:15

ABŞ-ın rəhbərliyi ilə koalisiya qüvvələrinin apardığı hərbi əməliyyatlar nəticəsində İŞİD terrorçu təşkilatının lideri Əb Bəkr Əl-Bağdadinin ölməsi xəbərlərindən sonra yeni iddia ortaya atılıb.

Modern.az saytnın xarici KİV-ə istinadla verdiyi xəbərə görə iddiada İŞİD liderinin ölmədiyini sübut edən dəlillər yer alıb. Belə ki, Bağğdadiyə aid edilən bir səs yazısı yayımlanıb. Səs yazısında qeyd olunur ki, koalisiya qüvvələrinin əməliyyatları uğursuzluğa düçar olub.

Bağdadiyə aid olduğu iddia edilən səs yazısında bildirilir ki, İŞİD-in Mosulda elan etdiyi “xəlifəlik” artıq Səudiyyə Ərəbistanı, Yəmən, Əl-Cəzair və Misirə də  yayılıb. Müraciətdə Səudiyyə Ərəbistanı "ilanın başı" kimi dəyərləndirilir və bu ölkə rəhbərliyinə və şiələrinə hücum etmək çağırışı edilir.  

Qeyd edək ki, Bağdadinin koalisiya qüvvələrinin əməliyyatı nəticəsində İraqda öldüyünü İŞİD-ə yaxın mənbələr təsdiqləsə də, bununla bağlı müəmmalar var.  Onun cəsədi olduğu iddia olunan fotolar yayımlansa da, bunun nə dərəcədə həqiqətə olduğu da mübahisəlidir.  

ABŞ isə bildirib ki, Bağdadinin ölümü ilə bağlı onlarda məlumat yoxdur.  

Aqşin Kərimov


Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı