Modern.az

BMT-dən helikopter AÇIQLAMASI: “Təmkinli olun”

BMT-dən helikopter AÇIQLAMASI: “Təmkinli olun”

Təhsil

14 Noyabr 2014, 00:02

 

BMT-nin baş katibi Pan Gi Mun Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin eskalasiyasına gətirib çıxarmamağa çağırır.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin rəsmi nümayəndəsi Farxan Xak jurnalistlərə bildirib.

O qeyd edib ki, BMT baş katibi Pan Gi Mun qoşunların təmas xəttində Azərbaycan tərəfinin Ermənistan ordusuna məxsus Mi-24 helikopterinin vurulmasından sonra tərəfləri təmkinli olmağa çağırıb.

“Baş katib baş vermiş hadisə ilə ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin narahatlıqlarını bölüşür. Tərəflərə xatırladır ki, atəşin dayandırılması haqqında sazişə hörmət etsin”,-deyə Farxan Xak söyləyib.

BMT rəsmisi qeyd edib ki, Pan Gi Mun tərəfləri sülhlə bağlı öhdəliklərə əməl etməyə çağırır.  

Qeyd edək ki, noyabrın 12-də Azərbaycan hava sərhədlərində təxribat törətmək istəyən Ermənistan ordusuna məxsus Mİ-24 hərbi təyinatlı helikopteri Azərbaycan tərəfindən zərərsizləşdirilib. Helikopterdə olan  Ermənistan ordusuna məxsus 3 hərbçi həlak olub.  

Aqşin Kərimov


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı