Modern.az

Bakıdakı 73 saylı məktəbi niyə bağlayırlar?

Bakıdakı 73 saylı məktəbi niyə bağlayırlar?

Təhsil

14 Noyabr 2014, 10:02

Bakının Nərimanov rayonunda, yeni Olimpiya stadionunun tikildiyi Böyük Şor qəsəbəsində yerləşən 73 saylı orta məktəbin bağlanılması ilə bağlı məlumat yayılıb.

Qəsəbə sakinləri bu məlumatdan əndişələniblər. Bildirlir ki, məktəbin növbəti tədris ilində bağlanacağı, şagirdlərin isə başqa təhsil ocağına köçürüləcəyi gözlənilir. Hətta məktəbdə müəllimlərə “indidən başınıza çarə qılın, iş axtarın” kimi xəbərdarlıq da edilib. Məktəbin bağlanacağı barədə xəbər onunla əsaslandırırılır ki, qəsəbə tədricən söküləcək və uşaq sayı azalacağından belə bir qərar veriləcək. O da bildirilir ki, məktəb rəhbərliyi bunu müəllimlərdən gizlətməyə çalışır.
Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən  Bakı  Şəhəri üzrə Təhsil İdarəsindən məsələyələ əlaqədar Modern.az-ın sorğusuna cavab olaraq xəbəri təkzib ediblər.

“Məlumat həqiqətə uyğun deyil. 73 saylı orta məktəb bağlanılması nəzərdə tutulmayıb”.

Məltəm Talıbzadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı