Modern.az

Yerevanda Avrasiya İttifaqının əleyhinə aksiya başlayıb

Yerevanda Avrasiya İttifaqının əleyhinə aksiya başlayıb

Təhsil

14 Noyabr 2014, 12:05

Konstitusiya Məhkəməsində bu gün Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması ilə bağlı müqavilənin ölkənin əsas qanununa zidd olub-olmadığı məsələsinə baxılacaq. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, əgər Konstitusiya Məhkəməsi müsbət rəy verərsə, müqavilə parlamentin ratifikasiyasına təqdim olunacaq. Yerevanda Konstitusiya Məhkəməsinin qarşısına yığışanlar Ermənistanın Rusiyanın təşəbbüsçüsü olduğu bu inteqrasiya birliyinin əleyhinə çıxırlar. Polis onlarla etirazçını Konstitusiya Məhkəməsinin qarşısına buraxmayıb, nəticədə qarşıdurma yaranıb. Aksiya iştirakçıları Ermənistanın suverenliyinin qorunmasının lehinə olan şüarlar səsləndirir, Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasının müstəqilliyin itirilməsinə səbəb olacağını bəyan edirlər. Aksiya keçirilən ərazidə keçmiş sovet dissidenti Paruyr Ayrikyan və “İrs” Partiyasından keçmiş deputat Stepan Safaryan da var.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı