Modern.az

Sabahdan havalar kəskin soyuyacaq - PROQNOZ

Sabahdan havalar kəskin soyuyacaq - PROQNOZ

Təhsil

14 Noyabr 2014, 13:10

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, noyabrın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 8-12, gündüz 14-18 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 764 mm civə sütununa düşəcək, nisbi rütubət gecə və axşam 85-95, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və axşam bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 13-18, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 4 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edib:

“Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, ikinci ongünlüyün sonunadək qeyri-sabit keçəcəyi,  temperaturun ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı düşəcəyi, noyabrın 17-18-19-da gündüz saatlarında 8-10 dərəcə isti olacağı gözlənilir. Şimal küləyi arabir güclənəcək. Tutqun hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı ehtimalı var. Noyabrın 16-da qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi gözlənilir”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı