Bakı Dövlət Universiteti 95 illik yubileyi münasibətilə Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri arasında «BDU təhsil, təlim və elm məkanı kimi» adlı müsabiqə keçirir.
Modern.az xəbər verir ki, müsabiqəyə Bakı Dövlət Universitetinin təhsil və elmi uğurları ilə bağlı noyabrın 15-dən dekabrın 10-na kimi mətbuatda çap olunmuş yazılar və televiziyada yayımlanmış süjetlər təqdim edilə bilər. Materialın sonunda “BDU-nun keçirdiyi müsabiqəyə təqdim olunur” yazısı mütləq qeyd olunmalıdır.
1-ci yer – 500 manat (1 nəfər)
2-ci yer – 300 manat (2 nəfər)
3-cü yer – 200 manat (2 nəfər)
Modern.az