Modern.az

Mehman Cavadoğlu da Arif Hacılıya qarşı çıxdı - BƏYANAT

Mehman Cavadoğlu da Arif Hacılıya qarşı çıxdı - BƏYANAT

Təhsil

14 Noyabr 2014, 13:28

Bir qrup tanınmış  müsavatçı noyabrın etiraz bəyanatı yayıb. Modern.az saytı bildirir ki, bəyanatda Müsavat başqanı Arif Hacılıya qarşı məqamlar öz əksini tapıb. Həmin bəynataı təqdim edirik:  

“Son zamanlar Müsavat Partiyasında hazırkı rəhbərlik tərəfindən bir qrup üzvün iradəsinə təzyiq yolu ilə partiya daxilindəki idarəçilikdən narazı olan, onun gələcəyi ilə bağlı narahatçılıq keçirərək konkret mövqelərini bölüşən üzvlərə qarşı “cəza vermək” çağırışlarını əks etdirən bəyanatların qəbulu, tənqidi mövqedə olan üzvlərin bəzilərinin partiya sıralarından çıxarılması, digərlərinin isə cəzalandırmaq məqsədilə mərkəzi orqanlara dəvət edilməsi kimi insan haqlarına, siyasi plüralizmə, fikir, ifadə və söz azadlığına qarşı olan siyasi xəttin önə çəkilməsi partiya üzvləri arasında ciddi narahatçılıq doğurmaqdadır.

Müsavat Partiyası Qubadlı rayon təşkilatının qərarı ilə partiya üzvü Məhəbbət Muradovun və partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) qərarı ilə partiyanın Qaradağ rayon təşkilatının üzvü Kamil Xəlilbəylinin şəxsi yazışmaları və mövqeləri əsas götürülərək partiya sıralarından kobud nizamnamə pozuntuları ilə çıxarılması üzvlər arasında mərkəzi orqanların və hazırkı rəhbərliyin fəaliyyətinə etimadsızlığın artmasına, eləcə də qeyri-qanuni, qeyri-demokratik qərarlarla partiyada repressiyaların başlanması ilə bağlı məlumatların yayılmasına səbəb olub.

Müsavat Partiyası Divanının sonuncu toplantısında başqanlığa sabiq namizəd Səxavət Əlisoy və MNTK-nın keçmiş üzvü Əlövsət Talışxanlının Divanın növbəti iclasına çağırılması ilə bağlı qərarı, Sumqayıt şəhər təşkilatının üzvü, keçmiş siyasi məhbus Ənvər Əhmədin partiya sıralarından xaric olunması məsələsinin müzakirəyə çıxarılması hazırkı vəziyyətin daha da gərginləşdirilməsinə gətirib çıxarıb. Odur ki, biz, bu bəyanatı imza edən şəxslər Müsavat Partiyasının hazırkı rəhbərliyi qarşısında aşağıdakı məsələləri qoyur və onların təcili həllini tələb edirik:

Partiyadaxili demokratiyanın inkişafı üçün yaradılan baryerlər aradan qaldırılsın, siyasi plüralizm, fikir müxtəlifliyi, söz və ifadə azadlığına əməl olunsun, fərdi azadlıqlara hörmət olunaraq şəxsi mövqelərə görə partiya üzvlərinin cəzalandırılması çağırışlarına son qoyulsun. Partiya üzvlüyündən  mövqelərinə görə çıxarılmış Elman Elxanoğlunun, Məhəbbət Muradovun və Kamil Xəlilbəylinin hüquqlarının bərpası olunması üçün konkret addımlar atılsın və bu barədə qərar vermiş strukturlar məlum qərarlarına yenidən baxaraq onu nizamnamə normalarına uyğunlaşdırsınlar. Partiyada ikitirəliyə, bölücülüyə şərait yaradan, dialoq, polemika imkanlarını məhdudlaşdıran, birlik və həmrəyliyə əks mövqe ifadə edən bəyanatların qəbuluna son qoyulsun.

Biz hesab edirik ki, partiyanın mərkəzi orqanlarının tutduğu cəzalandırma və repressiyalar xətti hazırda yaranmış vəziyyətin daha da pisləşməsinə, üzvlər arasında narazılıq və etimadsızlığın artmasına, partiyanın gələcəyinə və perspektivlərinə olan inamın azalmasına, partiyadaxili demokratiyanın məhdudlaşmasına, son nəticədə də liberal demokratik kursda olan Müsavat Partiyasının nüfuzunun aşağı düşməsinə gətirib çıxarır. Odur ki, partiya rəhbərliyini yanlış xətdən imtina etməyə çağırırıq.

Qubad İbadoğlu, sabiq Divan üzvü

Vurğun Əyyub, sabiq Divan üzvü

Hikmət Hacızadə, Məclis üzvü

Mehman Cavadoğlu, Müsavat başqanının sabiq müavini

İbrahim İbrahimli, MNTK-nın sabiq sədri

Məryəm Oruclu, Müsavat başqanının sabiq müavini

Fəxrəddin Bağırov, sabiq Divan üzvü

Hökümə İbrahimli, sabiq Divan üzvü

Adil Qeybulla, sabiq Divan üzvü

Ellada Məmmədli, Müsavatçı qadınlar təşkilatının rəhbəri

Dünyaxanım Cahan, Müsavat başqanın sabiq müşaviri

Hüseyn Məlik, Müsavat başqanının sabiq müşaviri

Sədaqət Paşayeva, Müsavat Məclisinin sabiq üzvü

Lətafət Məlikova, Müsavat Məclisinin üzvü

Tural Abbaslı, Müsavat başqanlığına sabiq namizəd

Rafiq Bəy İsmayıl, Müsavat Məclisinin üzvü

Asif Məmmədli, Müsavat Məclisinin sabiq üzvü, Qarabağ Ağsaqqallar Şurasının sədri

Allahverdi Orucov, Müsavat Məclisinin sabiq üzvü".

Qeyd edək ki, Müsavat Partiyasının qurultayından sonra partiya daxilində yaranan qalmaqalla bağlı Müsavat başqanının keçmiş müavini Mehman Cavadoğlu mövqeyini  açıqlamamışdı. 

Modern.az


 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı