Şəkərli diabet dünyada, o cümlədən Azərbaycanda ən çox yayılmış xəstəliklərdən biridir. Təkcə keçən il ərzində statistik göstəricilərə əsasən, Azərbaycanda şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanların sayı 182 min nəfər təşkil edib. Son 10 il ərzində ölkəmizdə şəkərli diabet xəstələrinin sayı təxminən 7 dəfə artıb. Bu sayın artamsının qarşısını almaq üçün ölkəmizin müxtəlif bölgələrində xüsusi sanatoriyalarda şəkərli diabet xəstələrinin müainəsi və müalicəsi təşkil edilir. Belə sanatorialardanda biri ölkəmizin ən dilbər güşəsi olan Lənkəran rayonunda yerləşən "Palıdlı Sahil" istirahət mərkəzidi. Burada dekabr ayının 7-dən "Palıdlı Sahil" istirahət mərkəzində şəkərli - diabet xəstələrinin mütəmadi olaraq 10 günlük istirahət, müalicə, psixoloji kurslar keçiriləcək.
Müalicə və profilaktik tədbirlər Səhiyyə Nazirliyinin baş endokrinoloqu və Endokronologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyası tərəfindən daim nəzarətdə olacaq.
Dənizin, meşənin və Talış dağlarının qovuşduğu "Palıdlı Sahil" istirahət mərkəzində artıq 5 ildir ki, şəkərli diabet xəstəliyi olan uşaqların sosial psixoloji adaptasiyası və müalicə kursları aparılır. Sanatoriada təmiz hava, rəngarəng terenkurlar, fizioterapevtik prosedurlar, idman hərəkətləri sağlamlığın bərpasına yönəlib.
Modern.az