Modern.az

Erməni helikopterini məhv edən “İQLA” - FOTOLAR

Erməni helikopterini məhv edən “İQLA” - FOTOLAR

Təhsil

14 Noyabr 2014, 16:08

Noyabrın 12-də Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinin Ağdam rayonu istiqamətində Ermənistana məxsus Mİ-24  hərbi vertolyotunun məhv edilməsi bütün dünyada geniş rezonans doğurub. Hərbçimiz İlkin Muradovun həmin vertolyotu vurması anı sonradan sosial şəbəkələrdə və xarici televiziyalarda nümayiş etdirildi. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, düşmən vertolyotu “İqla” daşınabilən zenit raket kompleksi ilə vurulub. Modern.az saytı bu silahın texniki xarakteristikalarını təqdim edir.

“İqla” daşınabilən zenit raket kompleksi SSRİ hərbi sənayesinin məhsuludur. Alçaqdan uçan hava hədəflərini (təyyarələr, vetrolyotlar, pilotsuz təyyarələr, qanadlı raketlər) dəqiqliklə məhv etmək üçün yaradılan “İqla” 1983-cü ildən sovet ordusunda silahlanmaya alınıb. Sovet İttifaqının süqutundan sonra isə Rusiya və digər MDB ölkələrinin arsenalında bu silahdan geniş istifadə olunub. 1994-cü ildən Rusiya bu raket komplekslərini Almaniya, Suriya, Polşa, Hindistan da daxil olmalqa 30-dan artıq ölkəyə satıb.

“İqla”ya xarici dövlətlərin marağı onun həm ucuz olması ilə (bir ədəd “İqla” qurğusu beynəlxalq bazarda 60-80 min dollara satılır), həm də hava hədəflərini dəqiqliklə vurması ilə bağlı idi.

1974-cü ildə SSRİ-nin silahlanmağa aldığı “Strela-3” daşınabilən zenit raket kompleksindən fərqli olaraq “İqla” raketi üzərində quraşdırılan mürəkkəb istilik ölçən başlığı hədəfdən yayılan infraqırmızı diapazon dalğaların sayəsində onu dəqiqliklə məhv edirdi.

30 ildən artıq bir müddətdə dünya ordularında istismar edilən “İqla” raketlərinin bu illərdə müxtəlif modifikasiyaları hazırlanıb. İlk nümunə olan “İqla-1”, sonradan “İqla”, “İqla-S”, “İqla-N”, “İqla-D” və digər modifikasiyalarla əvəz olunub. Onların arasında ən müasiri “İqla-S” hesab olunur.

“İqla-S” raketi 6 kilometrə qədər uzaqlıqda, 10-3500 metrə qədər yüksəklikdə yerləşən hava dəhəflərini məhv edir. 5 saniyəyə döyüş vəziyyətinə gətirilən “İqla” 400 msan sürətlə hədəfi məhv edir. 14,2 kiloqram çəkiyə malik “İqla” zenit raket kompleksi mənfi 50 dərəcədən müsbət 50 dərəcəyə qədər dəyişən temperaturda aktivliyini saxlayır.

“İqla”dan Nikaraqua və Salvadorda gedən vətəndaş müharibəsi zamanı, Hindistan-Pakistan, Bosniya, Çeçenistan, Suriya, Ukrayna və Dağlıq Qarabağdakı müharibələrtdə aktiv istifadə edilib.






Vüqar İsmayılov   

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı