Modern.az

Müsavatın fəaliyyətini iflic etmək istəyənlər partiyadan çıxarılacaq – başqan müavini

Müsavatın fəaliyyətini iflic etmək istəyənlər partiyadan çıxarılacaq – başqan müavini

Təhsil

14 Noyabr 2014, 16:14


Müsavat Partiyasının bir qrup tanınmış üzvü bu gün etiraz bəyanatı yayıb. 

Bəyanatda partiya rəhbərliyinin idarəçiliyindən narazı qalan müsavatçının təzyiqlə üzləşdiyi, hətta bəzilərinin partiya üzvlüyündən çıxarıldığı qeyd edilib.

Müsavat başqanının müavini Səxavət Soltanlı Modern.az-a deyib ki, partiyadan xaric edilənlər Arif Hacılıya qarşı çıxanlar deyil: “Bu gün Arif Hacılıya qarşı çıxanlar Qubad İbadoğlu, Vurğun Əyyub, Aqil Qeybulla,  Səxavət Əlisoydur.  Lakin onlar hazırda partiyadadırlar”.

Səxavət Soltanlı qeyd edib ki,  partiyadan çıxarılanlar Müsavatın nizamnaməsinə  və siyasi xəttinə zidd gedənlər və partiyanın əleyhinə davamlı olaraq əks-təbliğat aparanlardır:

“Onlar nizamnaməni pozurlar. Partiya üzvünün fəaliyyəti nizamnamə ilə tənzimlənir. Partiyanın siyasi xəttinə zidd gedənlər, Müsavatın qəbul olunmuş prinsiplərini pozanlar partiyadan uzaqlaşdırılır. Bu, rayon təşkilatlarında və Mərkəzi-Nəzarət Təftiş Komissiyasında həyata  keçirilir”.  

Onun sözlərinə görə, hazırda partiya üçün heç bir təhlükə gözlənilmir və Müsavatı qorumaq üçün xüsusi tədbirlərə ehtiyac yoxdur:

“Qurultaydan əvvəl də qanunu pozanlar partiyadan kənar edilirdi. İndi də partiyanın fəaliyyətini iflic etmək istəyənlər partiyadan çıxarılacaq. Biz bunu pisləyirik. Gələcəkdə də bu fəaliyyət davam edəcək. Çünki partiyanı iflic etmək istəyənlərin məntiqli əsasları yoxdur”.

Səxavət Soltanlı bəyanatların siyasi partiyanın fəaliyyətini tənzimləmək üçün rol oynamadığını da deyib.

Məltəm Talıbzadə

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı