Modern.az

Ermənistan Konstitusiya məhkəməsi Avrasiya İttifaqına “hə” dedi

Ermənistan Konstitusiya məhkəməsi Avrasiya İttifaqına “hə” dedi

Təhsil

14 Noyabr 2014, 16:45


Ermənistan Konstitusiya məhkəməsi bu gün keçirdiyi iclasda ölkənin Avrasiya İttifaqına qoşulmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Modern.az Ermənistan mətbuatına isitnadən xəbər verir ki, sədr Qaqik Xaçaturyanın rəhbərliyi altında keçirilən iclasda rəsmi Yerevanın Avrasiya İqtisadi Birliyinə qoşulmasının ölkə konstitusiyasına zidd olmadığı qərara alınıb. Bundan sonra müqavilə ratifikasiya üçün Ermənistan parlamentinə təqdim olunacaq.

Prosedur Rusiya, Qazaxıstan və Belarus parlamentlərinin də müqaviləni ratifikasiya etməsi ilə yekunlaşacaq. Bununla da 2015-ci il yanvarın 1-dən Ermənistan Avrasiya İttifaqının rəsmi üzvü olacaq. 

Modern.az

   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı