Modern.az

Ukrayna baş naziri yeni vəzifə yaradılması təklifini verdi

Ukrayna baş naziri yeni vəzifə yaradılması təklifini verdi

Təhsil

14 Noyabr 2014, 17:01


Ukraynanın baş naziri Arseniy Yasenyuk yeni nazirlər kabinetinin tərkibi haqqında öz təkliflərini irəli sürüb.

Modern.az saytı Ukrayna KİV-nə istinadən xəbər verir ki, hökumət başçısı baş nazirin  avrointeqrasiya məsələləri üzrə müavini vəzifəsi yaradılması təklifi ilə çıxış edib.

Onun sözlərinə görə bir sıra nazir öz postunda qalmalıdır.

Arseniy Yasenyuk qeyd edib ki, maliyyə naziri postuna indiki nazir müavini Vitali Lisovenkonun gətirilməlidir. Yasenyukun fikrincə, baş nazirin avrointeqrasiya məsələləri üzrə müavini Avropa meylli lidelərdən biri olmalıdır. 

Aqşin Kərimov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...