Modern.az

“Qarabağ”ın Avroliqadakı rəqibinin baş məşqçisi istefaya göndərildi

“Qarabağ”ın Avroliqadakı rəqibinin baş məşqçisi istefaya göndərildi

Təhsil

14 Noyabr 2014, 17:06


İtaliyanın “İnter” klubunun rəhbərliyi baş məşqçi Valter Matsarini istefaya göndərib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qərar komandanın göstəricilərinin qaneedici olmaması səbəbindən verilib. İtaliya çempionatının 11-ci turundan sonra “İnter” 16 xalla turnir cədvəlində 9-cu yerdədir.

Matsarinin rəhbərliyi ilə ötən mövsümü komanda 5-ci yerdə başa vurub. “İnter”in baş məşqçisi yerinə əsas namizədlər arasında bu ilin yayında “Qalatasaray”dan ayrılan Roberto Mançinin adı çəkilir. O 2004-2008-ci illərdə də bu klubun baş məşqçisi olub.

“İnter” növbəti turda noyabrın 23-də “Milan”la qarşılaşacaq.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...